Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı

20 Yanvar 2021 21:50 (UTC+04:00)

ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin inauqurasiya mərasimi baş tutub.

Mövqe.az-ın məlumatına görə, Kapitolinin pilləkənlərində keçirilən mərasim zamanı C.Bayden and içib və prezident kimi fəaliyyətə başlayıb.

C.Bayden bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".

Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.

C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.