Məhşurlaşan, abadlaşan, gözəlləşən Sumqayıtım

21 Yanvar 2021 08:00 (UTC+04:00)
Bu danılmaz bir faktdır ki, Sumqayıt nəinki, Azərbaycanın eləcədə Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Eyni zamanda müasir tərzdə yaradılmış sənaye mərkəzidir. Bu sözləri ölkə rəhbərimiz cənab İlham Əliyev Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına  müsahibəsindəki çıxışında qeyd etmişdir. Doğurdanda son illər Sumqayıt böyüyür, gözəlləşir, abadlaşır yeni əlaqələr yaradır. Burada neft sənayesinin inkişafı hasilatı və ixracatından  əldə edilən gəlirlər ölkənin daxili bazarının şaxələnməsinə sərf edilir.
Ölkə rəhbərimizində vurğuladığı kimi Sumqayıt şəhəri memarlıq və ekoloji baxımdan gözəl şəhərdir. Gözəl istirahət yerləri, dəniz kənarı bulvarı, havası çox ürək açandır. Həmçinin burda 10 il bundan öncə salınmış Kimya Sənaye parkı xalqımıza xidmət edir.
Çıxışında ölkə rəhbərimiz bunuda qeyd etdi. Sumqayıtda yeni müəssisələrin yaradılması həm ölkəmiz həm də, Sumqayıt şəhərinin  inkişafı üçün çox əhəmiyyətlidir. Buda yeni iş yerlərinin açılması və iqtisadiyyatımızın dünya arenasına çıxması deməkdir. Cənab İlham Əliyev bunu da vurğuladı ki, ölkəmiz yeni bir yolun başlanğıcına qədəm qoyub. 30 ildən sonra işğal olunmuş torpaqlarımızı qanımız bahasınada olsada düşməndən azad etdik. Indi bu torpaqların həqiqi sahibi kimi yenidən qurmalı, dağıdılan şəhər və kəndlərimizi dirçəltməliyik. Bunun üçün mən hər bir xırda işlər belə nəzarətim altındadır. Bəzi gözdən iraq xoşagəlməz hallar lazımı ölçü götürəcəyik. Hər kəs bilməlidir ki, Azərbaycanda təmizləmə işləri gedir və gedəcəkdir. Doğurdanda bu torpaq bizə əjdadlarımızın əmanətidir. Bu əmanətə sahib çıxmaq, onu qorumaq, inkişaf etdirmək, yaxşı mənada dünyaya tanıtmaq hər birimizin müqəddəs borcudur.
Hər bir işdə biz birlikdə güclüyük.
Gülnarə Hacıyeva 
Nəsimi rayon sakini