20 Yanvar qan yaddaşımızdır

20 Yanvar 2021 13:33 (UTC+04:00)
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi 1990-ci ilin yanvarın 19-dan 20 keçəm gecə, 23: 30 Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Bu hadisə zamanı hərbi qulluqçulardan 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfəri ölümcül yaralmışdır. Hələ fövqalədə vəziyyətin elan olunmadığı bölgələrdə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda  da 8 nəfər qətlə yetirilmişdir. 
Sovet qoşunlarının qanunsuz Azərbaycana yeridilməsi nəticəsində bölgələrimizdə 146 nəfər öldürülmüş, 744 nəfər yaralmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi quluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə olmuşdur. SSRİ Konustitusiyası və Azərbaycan SSRİ Konustitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. 
Bu hadisələrin əsas səbəbkarı və qanlı cinayətkarı birbaşa Sovet İttifaqının Komunist Partiyası və Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə baş vermişdir. 20 Yanvar faciəsindən dərhal sonra-1990-cı ilin yanvarın 21-də ümümmilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirmiş və həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdir. Bu hadisə Azərbaycan xalqına qarşı totalitar komunist rejim tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilir. 
Hər il Azərbaycan xalqı 20 yanvar şəhidlərinin xatirəsini əziz tutur. Və faciənin ildönümünü izdihamla ziyarət edir, faciənin simvoluna al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənnətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Bu gün artıq Azərbaycan xalqı qalibdir. 44 günlük davam edən müharibədən qalıb çıxan ordumuz 30 il işğalda qalan torpaqlarımızı azad etdi. Biz indi həm 20 Yanvar şəhidlərini, həm də Birinci Qarabağ savaşında şəhid olan oğlanlarımızı, qızlarımızı qürurla, alnı acıq ziyarət edirik. Biz bu qələbəni İkinci Qarabağ savaşında şəhid olan şəhidlərimizə borcluyuq. 
 Bu qələbə Ali Baş komandanımızın yürütdüyü siyasət və Dəmir Yumruq nəticəsində baş verdi. Bu gün şərəflə andığımız Şəhidlər Xiyabanı bizim and yerimiz və hec vaxt silinməyən qan yaddaşımızdır.  Gələcək tariximizə əbədi hək olunmuşdur.
Abbasova Pərvanə
Nəsimi rayon gənci