Evi tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı

21 Yanvar 2021 15:22 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, yanvarın 20-də ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.