Azərbaycanın gözəl şəhəri, Sumqayıt

21 Yanvar 2021 16:41 (UTC+04:00)
Sumqayıt Azərbaycanın gözəl və qədimi şəhərlərindən böyükdür. Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Əsasən Sumqayıt günü günnən inkişaf edir və çiçəklənir. Geniş zəngin tarixə malikdir.
Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.
Hər il Cənab Ali Baş Komandan İlham Əliyev təşəbbüsü ilə,Sumqayıt da adaqlıq işləri görülür,park salınır və günü gündən gözəlləşir.Sumqayıt da eyni zamanda təhsilə də çox önəm verilir.Yeni məktəblər açılır və köhnə məktəblərdə olan şərait yaxşılaşdırılır.Sumqayıt məzunları hər il ali məktəblərə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələr göstərir, respublika müsabiqələrində şəhəri təmsil edən orta ümumtəhsil müəssisələri və müəllimlər qalib yerləri tuturlar.
Mehnur Məmmədov 
Nəsimi rayon gənci