Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov

21 Yanvar 2021 18:50 (UTC+04:00)

Azərbaycan bu il iri dövlət şirkətlərində, o cümlədən Dövlət Neft Şirkətində (SOCAR) səhmlərini satmağı planlaşdırmır.

Mövqe.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan indiyədək təklif edilməyən yeni aktivləri əhatə edən özəlləşdirmə proqramının qəbul olunmasında maraqlıdır:

"Eyni zamanda, Azərbaycan özəlləşdirmə xatirinə özəlləşdirmə keçirməyi və ya bunu müəyyən vaxt ərzində reallaşdırmağı məqsədəuyun hesab etmir. Ona görə də biz İnvestisiya Holdinqi yaratmışıq. Yeni holdinq 21 dövlət şirkətinin iştirakı ilə yaradılıb. Gələcəkdə onun səmərəliliyini və korporativ idarəçiliyini yüksəltmək planlaşdırılır".