Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

21 Yanvar 2021 20:57 (UTC+04:00)

Bakı şəhəri Binəqədi rayonunda fərdi evdə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə baş vermiş yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

19:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Mövqe.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.