AGSK "Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" mövzusunda layihəsini uğurla davam etdirir

21 Yanvar 2021 22:36 (UTC+04:00)
Azərbaycan Gənc Sahibkarlar Klubu "Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli" mövzusunda layihəsini uğurla davam etdirir. Bu kontekstdə Klubun koordinatoru Anar Sarıyev 18 Yanvar tarixində qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində bir qrup iş adamı ilə görüşlər keçirib. Qardaş ölkənin iş adamları ilə müzakirələr zamanı gələcək lahiyələr, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsindən bəhs edilib. İş adamlarının təklifləri ilə tanış olan Anar Sarıyev mövzu ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb. Səfərin yekunları ilə bağlı açıqlamada bildirilir ki, səfər zamanı keçirilən görüşlərdə Türkiyədə fəaliyyət göstərən iş adamları ölkəmizin Qarabağın işğaldan sonraki iqtisadi inkişaf proseslərində yaxından iştirak etməyə maraqlıdırlar və onlar sosial lahiyələrdə dəstək göstərməyə hazırdırlar. Görüşlərə zamanı bir daha vurğulamışdır ki, iki qardaş dövlətlərin əlaqələrinin inkişafında ölkə başçıları Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət xüsusi rolu var, bildirilmişdir ki qısa müddətdə ərzində Qarabağın yenidən ən müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi həyata keçirəcək və bölgə regionda yeni sosial-iqtisadi inkişafı mərkızinə çevriləcəkdir. Həmçinin səfər zamanı Klubun koordinatoru Anar Sarıyev İstanbul şəhərində yerləşən Ulu Öndərin adını daşıyan parka gəlmiş və büstün ziyarət etmişdir. Lahiyənin davamlılığı məqsədi ilə mövzü ətrafında televiziya kanalarında mövzü ətrafında verilişlərdə iştirak nəzərdə tutulmuşdur.