"Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb

22 Yanvar 2021 09:43 (UTC+04:00)
Futbol üzrə İngiltərə çempionatının 18-ci turu matçında "Liverpul" komandası doğma meydanında "Börnli"yə məğlub oldu. Görüş 0:1 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu Eşli Barnes penaltıdan vurdu (83-cü dəqiqə). Qeyd edək ki, "Liverpul" liqada ardıcıl 68 matçda məğlub olmayıb, komanda son dəfə 2017-ci ilin aprelində "Enfild" stadionunda "Krista Peles"a məğlub oldu (1:2).