ABŞ-a təyyarə ilə gələnlər üçün karantin tətbiq olunub

22 Yanvar 2021 09:50 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları hakimiyyəti koronavirus pandemiyası ilə bağlı ölkəyə hava nəqliyyatı ilə gələnlər üçün təcridetmə qaydası tətbiq edib. Bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib. "COVID-19-un yeni ştammın yaranması ilə əlaqədar xarici ölkələrdən ABŞ-a hava nəqliyyatı ilə gələnlərlə bağlı yeni tədbirlər tətbiq edirik. Başqa ölkələrdən təyyarə ilə ABŞ-a gələn hər bir şəxs qoruyucu maska taxmaqla yanaşı, uçuşdan əvvəl koronavirus testindən keçməlidir. Onlar həmçinin ABŞ-a gələndən sonra özlərini təcrid etməlidirlər", - Bayden qeyd edib.