Mərkəzi Elmi Kitabxanaya yeni elmi-tədqiqat nəşrləri daxil olub

22 Yanvar 2021 11:56 (UTC+04:00)
Beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlardan AMEA Mərkəzi Elmi Kitabxanasına 22 adda yeni elmi-tədqiqat jurnalları və kitablar daxil olub. Xarici dillərdə olan bu nəşrlərdən bir neçəsini təqdim edirik: Tokio Universitetinin "Journal of Mathematical Sciences", Hiroşima Universitetinin "Hiroshima Mathematical Journal", Belarus Milli Elmlər Akademiyasının "Весцı", Qazaxıstanlı alim Umirzak Sultanqazin haqqında bioqrafik oçerk "Умирзак Султангазин. Биографический очерк", Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzindən "İslam Araştırmaları Dergisi", "İslam Bülteni 2019", Türk Dünyası Araştırmaları Vəqfindən "Türk Dünyası Araştırmaları. Journal of Turkish World Researches (Kovid-19 ve Geçmişten Günümüze Salgınlar)", Türk Dünyası Tarix Mədəniyyət jurnalının "Dünden Bugüne Karabağ", Bavariya Dövlət Zoologiya İnstitutunun "SPIXIANA. Zeitschrift für Zoologie", Kioto Universitetinin nəznində olan Riyaziyyat Elmlərinin Elmi-Tədqiqat İnstitutunun "Publications of the Research Institute for Mathematical Sciences" və digərləri yer alıb. Qeyd edək ki, MEK dünyanın 35 ölkəsinin elmlər akademiyaları, universitetləri, cəmiyyətləri, muzeyləri və s. ilə beynəlxalq kitab mübadiləsi aparır. Bu təşkilatlar arasında ABŞ-ın Miçiqan Universiteti, Kaliforniya Universiteti, Böyük Britaniyanın Edinburq Milli Kitabxanası, Kral Asiya Cəmiyyəti, Yaponiya Milli Kitabxanası, Yaponiya Akademiyası, Çin Milli Kitabxanası, Fransanın Milli Kitabxanası, Rusiya, Belarus, Ukrayna, Norveç, Qazaxıstan, İran, Misir Milli Kitabxanaları, Türk Tarix Qurumu Kitabxanası və başqalarını sadalamaq olar.