AZƏRBAYCANLI ALİM NÜFUZLU JURNALIN BEYNƏLXALQ TƏRKİBLİ REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

22 Yanvar 2021 15:30 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu Spektroskopik Ellipsometriya laboratoriyasının rəhbəri, akademik Nazim Məmmədov nüfuzlu jurnallardan olan Recep Tayyip Erdoğan Universitetinin "Fen ve Mühendislik Bilimleri"jurnalının beynəlxalq tərkibli redaksiya heyətinə üzv seçilib. Redaksiya heyəti üzvləri arasında ABŞ, Kanada, İspaniya və digər ölkələrdən olan alimlər yer alıb. "Fen ve Mühendislik Bilimleri" nüfuzlu jurnal olub, ildə iki dəfə (iyun və dekabr aylarında) türk və ingilis dillərində, həm çap, həm də elektron formatda nəşr olunur.