Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib

22 Yanvar 2021 19:22 (UTC+04:00)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.