Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib

22 Yanvar 2021 19:56 (UTC+04:00)
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, rayon sakini Qədirağa Mirzəyev həyat yoldaşı Yəmən Mirzəyevanı yatdığı yerdə armaturla qətlə yetirib. Q.Mirzəyevin ruhi xəstə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.