"Roma"ya texniki məğlubiyyət verildi

22 Yanvar 2021 20:51 (UTC+04:00)
Romaya texniki məğlubiyyət verildi İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb. "Report" xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib. Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib. Qeyd edək ki, "Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb.