Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edib

22 Yanvar 2021 21:30 (UTC+04:00)
Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edibAra Ayvazyan Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib. Qeyri-rəsmi görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, əməkdaşlıqla bağlı cari gündəlik və əlaqələrin daha da dərinləşdirilməsi üzrə perspektivlər müzakirə olunub.