Masallı rayonunun Kürdəbaz kəndindən şəhid əsgər Gülşad Xəlilov

23 Yanvar 2021 16:29 (UTC+04:00)

Gülşad Elşad oğlu Xəlilov 27 mart 2001-ci il il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində anadan olub. 

Orta təhsilini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində, Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.

16 oktyabr 2020-ci ildə şəhid Gülşad Xəlilovun nəşi kənd məzarlığında izdihamla dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Kürdəbaz kəndində anadan olan Vətən müharibəsinin şəhid əsgəri Gülşad Elşad oğlu Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV