Türkiyədə zəlzələ oldu

24 Yanvar 2021 11:49 (UTC+04:00)

Türkiyənin Qars vilayətində 3.6 bal gücündə zəlzələ baş verib.

Mövqe.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sarıqamış rayonunda yerin 7 kilometr dərinliyindəqeydə alınıb.

Dağıntı və ya tələfat qeydə alınmayıb.