Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb

24 Yanvar 2021 16:49 (UTC+04:00)

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.