Kürdə suyun səviyyəsi yenidən azaldı

24 Yanvar 2021 19:00 (UTC+04:00)

Kür çayında suyun səviyyəsi aşağı düşüb.

Mövqe.az xəbər verir ki, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.

Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.

Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.