Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

24 Yanvar 2021 19:51 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.