İrəvan bu yoldan istifadə üçün Bakıdan icazə istəyir

26 Yanvar 2021 11:14 (UTC+04:00)
Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.
Mövqe.az xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.
Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi İrəvan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.
Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər.