Rus dumasının “maygülü”sü

26 Yanvar 2021 11:44 (UTC+04:00)

 

Kimdir bu adam? Rusların özlərinin “Rusiya parlamentinin “siması” – “qızıl imalə” mükafatının sahibi Vitali Milonov”. İndi ruslar özlərinə tez-tez sual verirlər: Necə olub ki, Rusiya vətəndaşları öz səslərini Vitali Milonov kimi  biabırçı təzahürə veriblər? Bu sürtük Dövlət Dumasına necə dürtülüb? Və bir vaxtlar qüdrətli olan Rusiyanın başına nə gəlib ki, onu bu gün başdanxarab Milonov kimi deputat təmsil edir? Bir sözlə, milonovçuluq...         

Bu sual təkcə Rusiyanın yox, həm də xarici auditoriyanı narahat edir. Dövlət Dumasını  Milonovun simasında sosial şəbəkələrdə yerli və xarici istifadəçilərin müzakirə etməsi biabırçılıqdır. Bu sürtük deputat burnunu hətta xarici münasibətlər sahəsinə də soxub.

Budur, sosşəbəkədə onun haqqında yazılan şərhlərdən biri: “Milonov aşkar naxoşdur, hətta onun seçiciləri psixi müayinədən keçirilməsini tələb edirlər. O iki mükafatın - “Gümüş qaloş” və Qızıl imalə”nin sahibidir.

Onun deputat mandatından məhrum edilməsini seçicilər, peterburqlular və mədəniyyət xadimləri tələb edirlər. Hər bir anormal psix kimi o, hiperfəaldır.

Onun təşəbbüslərinin siyahısı bunu təsdiqləyir:

-Qəlyanların qadağan edilməsinin təşəbbüsçüsü kimi çıxış edib.

-“Homoseksualizmin və pedifiliyanın təbliğinə görə inzibati məsuliyyət” qanunu üzrə Rammsteyn, Madonna və Ledi Qaqanın məsuliyyətə cəlb olunmasına cəhd edib.

-İnsanın yaranması və evolyusiyasının təsdiq edilməməsini bildirərək, məktəblərdə Darvin nəzəriyyəsinin tədrisi əleyhinə çıxış edib.

-MTV telekanalını mənəviyyatsızlığa görə bağlatdırmağa təşəbbüs edib və sairə bu kimi “dəli-dıydıq” işlərlə məşğul olub.

Milonov St-Peterburqun ilk deputatıdır ki, seçicilər və şəhər sakinlər onun istefasını tələb edirlər. Petisiyanın təşkilatçıları bildirirlər ki, onları bu addımı atmağa məcbur edən onun “bir yığın mənasız təşəbbüsü və sərsəm əməlləridir. Milonovun “heç olmasa 2015-ci milə qədər homoseksualizmi ləğv etməli” təklifi “şou-biznes sahəsində şübhəli nailiyyət” kimi qəbul edilib və 2012-ci ildə “Gümüş qaşıq” “mükafatı”na layiq görülüb. Bu tipli digər “Qızıl imalə - 2012” mükafatı isə “LGTB ilə bərabər hüquqa görə heteroseksualların alyansı”ndan alıb.

Rusiya Federasiya Şurasının üzvü K.Dobrınin RF Baş Prokuroruna müraciət edib ki, Milonovun slon.ru saytına müsahibəsini ekstremizm üzrə yoxlasın. 2014-cü ilin martında onun ukraynalıların ünvanına dediyi “dəli eşşəklər”, “mandolinalı kütbeyinlər” ifadələrinə və Krım tatarlarının ünvanına söylədiyi təhqirlərə görə baş prokurorluq tərəfindən ekstremizm predmeti kimi yoxlanılıb.

Və bütün bu “gğzəl” xüsusiyyətlərinə görə Vitali Milonov artıq erməni diasporçularının diqqətini cəlb edib və onu ələ almağa başlayıblar. Tezliklə Şimaldan Azərbaycanın və Türkiyənin ünvanına hədyanlar yağdıranların sıraına daha birisinin qoşulacağı gözləniləndir. Belə “parlaq” tərcümeyi-hala malik fırıldaqçılarla ermənilərin əməlləri həmişə üst-üstə düşür.

 

“Gradator.ru”dan improvizasiya ilə

“Mövqe.az”