Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi

26 Yanvar 2021 12:02 (UTC+04:00)

TƏBİB Azərbaycanın COVİD-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.
TƏBİB-dən Mövqe.az-a verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:
"Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir".
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovac" vaksininin vurulmasına start verilib.