Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir

26 Yanvar 2021 13:19 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.

Dünən, 25 yanvar 2021-ci il tarixdə 123 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 7 nəfəri 65 yaşdan yuxarı, 37 nəfəri 50-65 yaş arası və 79 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Masallı rayonu üzrə ümumilikdə 614 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 42 nəfəri 65 yaşdan yuxarı, 217 nəfəri 50-65 yaş arası və 355 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

                                           

 ƏLİHÜSEYN ŞÜKLÜROV