Buğda idxalı və satışı, un və çörək istehsalı daha 1 il vergidən azad olunacaq

26 Yanvar 2021 14:04 (UTC+04:00)

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.

Mövqe.az-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.