Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi

26 Yanvar 2021 17:40 (UTC+04:00)

Prezident İlham Əliyev T.Ə.Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam verib.

Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif edilir.