Azərbaycan və Türkmənistan dövlətləri arasında tarixi sənəd imzalanıb

26 Yanvar 2021 18:40 (UTC+04:00)

Ölkəmiz həm siyasi , həm də iqtisadi arenada sürətlə inkişaf edərək yeni uğurlara imza atır.  21 Yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu  Bedirməhəmmədov arasında videokonfrans formatında görüş baş tutub. Türkmənistan Prezidenti Qurbanqulu  Bedirməhəmmədov öz çıxışı zamanı Prezident İlham Əliyevin beynəlxalq arenalarda Türkmənistan dövlətinin təşəbbüslərini daim dəstəklədiyi üçün öz təşəkkürünü bildirib, eyni ilə Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu qeyd edib. Görüşün davamında Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev çıxış edərək, imzalanacaq sənədi “tarixi sənəd”adlandıırb.  Çünki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcəyini qeyd edib. Ölkə başçımız çıxışını bitirdikdən sonra mühüm tarixi sənəd adlandırılan Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Sənəd Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov tərəfindən imzalandı. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Bu tarixi sənədi Azərbaycan-Türkmənistan dövlətləri arasında dostluq , qardaşlıq əlaqələrini daha da gücləndirəcək. Hər iki dövlətin xalqlarının sülh və rifah içində yaşamasına kömək edəcək. 

Məmmədova Simranə 

Nəsimi rayon gənci