Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov

27 Yanvar 2021 18:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək.

Mövqe.az xəbər verir ki, bunu İqtisadiyyat naziri, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neftlə bağlı tarixi ənənələri və Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatında rolu yeni inkişaf dövrünə qədəm qoyacaq.