Xırdalanda gənc oğlan özünü binadan atdı

28 Yanvar 2021 11:53 (UTC+04:00)

Bu gün Abşeron rayonu, Xırdalan şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.

Mövqe.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, gənc oğlan hündürmərtəbəli binadan özünü atıb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbi araşdırılır.