Ölkəyə fərqli peyvəndin gətirilməsinin səbəbi - Professor

28 Yanvar 2021 12:44 (UTC+04:00)

İstər “Pfizer/BioNTech”, istərsə də “Sinovak” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş vaksinlərdir.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının Azərbaycana müəyyən miqdar “Pfizer/BioNTech” peyvəndinin gətiriləcəyini deməsini şərh edərkən deyib.

Professor bildirib ki, vaksinasiya prosesində müxtəlif peyvəndlərdən istifadə edilə bilər:

“Təbii ki, bir insana iki fərqli vaksin vurmaq olmaz. Burada fərdin individual immuniteti məsələsi var. Bir daha qeyd etmək istəyirəm ki, insanlar hər eşitdikləri yeni xəbərdən narahat olmasınlar”.