Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.
Mövqe.az-ın məlumatına görə, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər ötən gündən etibarən Horadiz şəhərində də həyata keçirilir.