Çində internet istifadəçilərinin sayı 1 milyarda çatır

3 Fevral 2021 19:15 (UTC+04:00)

 

 

 Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinin məlumatında deyilir ki, ölkədə internetin əlçatanlılığının səviyyəsi də mart ayından sonra 5,9 faiz çoxalaraq 70,4 faizə yüksəlib.

Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı ümumi internet istifadəçilərinin 99,7 faizini təşkil edir. Ümumi internet istifadəçilərinin 300 milyonu kəndlərdə yaşayanlardır.

Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birincidir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.