Juventus-un zədəli futbolçusu sıraya döndü

5 Fevral 2021 10:40 (UTC+04:00)

 

Juventus-un zədəli futbolçusu Paulo Dibala sağalıb.

Goal.az xəbər verir ki, argentinalı hücumçu ötən gündən məşqlərə də başlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dibalanın Aaron Remzi ilə birgə hələlik, fərdi qaydada hazırlaşdığı diqqətə çatdırılıb. Onların A Seriyasının növbəti turunda keçiriləcək Roma ilə oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Juventus – Roma oyunu fevralın 6-da keçiriləcək.