"Buraya məhz flaminqoları görməyə gəldik"

8 Fevral 2021 20:55 (UTC+04:00)

Movqe.az "Report"-a istinadən bildirir ki, yanvarın 22-dən ölkə üzrə bütün milli parklar qapılarını ziyarətçilərin üzünə açıb.

Belə parklardan biri də Bakıdan təxminən 65 km uzaqlıqda yerləşən Abşeron Milli Parkıdır. Ümumi sahəsi 783 hektar olan Parkda 50-ə yaxın fauna və 25-ə yaxın flora növü var. Parkla tanış olmaq üçün 4 turist avtomobili fəaliyyət göstərir. Ərazidə hündürlüyü 12 metr olan qüllədən dənizi və yarımadanın mənzərələrini seyr etmək mümkündür.