Barcelona-da ciddi itki

9 Fevral 2021 14:38 (UTC+04:00)

Barcelona ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu La Liqanın 22-ci turu çərçivəsində Real Betis-ə qarşı keçirilən səfər matçının (3:2) 10-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.

Arauxonun son durumu tibbi müayinədən sonra bilinəcək. Futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Uruqvaylı müdafiəçi bu mövsüm La Liqada 12 oyuna çıxıb.