Bakıda daha bir yol təmirə bağlanır

5 Sentyabr 2013 12:05 (UTC+04:00)

Bu gecədən Bakı şəhərində Tbilisi prospektinin Salamzadə küçəsindən 20 Yanvar qovşağına qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin "APA-Economics"ə verdiyi məlumata görə, buna səbəb yolun asfalt örtüyünün dəyişdirilməsidir.

 "Sürücülər alternativ yol kimi Salamzadə küçəsindən keçərək, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi, 3-cü mikrorayon və 20 Yanvar qovşağı istiqamətində köməkçi yollardan istifadə edə bilərlər", - deyə Pünhan Mürsəlov əlavə edib.

 

Qeyd edək ki, təmirə bağlanacaq yolun 1 həftə ərzində açılması nəzərdə tutulub.