Xocalı soyqırımını unutmadıq

16 Fevral 2021 14:40 (UTC+04:00)

 

16-24 fevral 2021-ci il tarixlərdə "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 26 Fevral- Xocalı faciəsinə həsr olunmuş "Xocalı soyqırımını unutmadıq" mövzusunda 13,14,15,16 yaşlı yeniyetmələr arasında inşa müsabiqəsi elan edir.
Müsabiqədə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya (+994) 77 325 59 50 whatsapp nömrəsinə müraciət edə bilərsiniz.
Mövcud pandemiya qaydaları nəzərə alınaraq, yeniyetmələr qeyd olunan tarixlərdə gün ərzində Masallı Gənclər Evinə gələrək inşalarını yazacaqlar.
Müsabiqənin nəticələri inşa yazıları yoxlandıqdan sonra 25 fevral 2021-ci il tarixdə Masallı Gənclər Evi tərəfindən I, II, III yerləri tutan yeniyetmələrə diplomlar təqdim ediləcək.

Əlihüseyn ŞÜKÜROV