Rusiya Premyer Liqasında yeni mövsümün başlama tarixi açıqlandı

17 Fevral 2021 11:46 (UTC+04:00)

Rusiya Premyer Liqasında 2021/2022 mövsümünün təqvimi açıqlanıb.

Goal.az xəbər verir ki, iyulun 25-də start götürəcək yeni mövsüm 2022-ci il mayın 22-də başa çatacaq.

Qeyd edək ki, ölkə çempionatında cari mövsüm qış fasiləsindən sonra fevralın 26-da bərpa olunacaq. Hazırkı çempionata mayın 16-da yekun vurulacaq.