Külək elektrik stansiyalarında 9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

18 Fevral 2021 13:44 (UTC+04:00)

 

Cari ilin yanvar ayında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 25 faiz çox olub.

Movqe.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ay ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.