“3+3” formatının reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir - Baş nazir

18 Fevral 2021 20:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs - “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.