Türkiyə silahlarının səmərəliliyi Qarabağ müharibəsində açıq şəkildə nümayiş etdirildi - Hulusi Akar

19 Fevral 2021 18:27 (UTC+04:00)

Türkiyə istehsalı olan silahlar, hərbi gəmilər, pilotsuz uçuş aparatları, artilleriya, helikopterlər ölkə xaricinə ixrac olunur və uğurla istifadə edilir.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə silahlarının səmərəliliyi Qarabağ müharibəsində göründü:

"Bu gün Silahlı Qüvvələrimiz yerli və milli istehsal olan silah-sursat, texnikanı ən səmərəli şəkildə istifadə edərək böyük uğurlar əldə edib və etməkdədir. Türk istehsalı silah sistemlərinin səmərəliliyi azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmə mübarizəsində açıq şəkildə nümayiş etdirildi".