Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi

22 Fevral 2021 11:48 (UTC+04:00)

 

Movqe.az-ın elektron poçtuna Masallı Rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilir ki, icra başçısı Şahin Məmmədovun rəhbərliyi ilə operativ qərargahın növbəti onlayn müşavirəsi keçirilmişdir.

Müşavirədə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkliat rəhbərləri, məktəb direktorları və müavinləri, gənclər iştirak etmişlər.

Onlayn müşavirədən əvvəl  torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edilib.

Sonra RİH başçısı Ş.Məmmədov iştirakçıları salamlayıb rayon üzrə koronavirus infeksiyası ilə mübarizə tədbirləri, mobil qrupların fəaliyyəti və aparılan dezinfeksiya işlərinin müsbət nəticələri barədə məlumat verdi. RİH başçısı vaksinasiya prosesinin yaş qrupları üzrə aparılması vəziyyəti barədə məlumat verərək maarfləndirmə işlərində hər kəsin səfərbər olunmasının zəruriliyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Sonra təhsil sahəsinə toxunan rayon rəhbəri respublika Fənn Olimpiadasında uğur qazanmış məktəbləri təbrik etdi, nəticələri zəif olmuş məktəblərə tapşırıq və tövsiyələrini verdi.
Müşavirədə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov son zamanlar ölkə üzrə yoluxmaların sayının azalmasına baxmayaraq insanların məsuliyyətsiz davranmaması üçün birlik nümayiş etdirərək maarifləndirmə işlərinin zəruri olduğunu vurğulamışdır.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək mövcud vəziyyətdə ümumtəhsil məktəblərində karantin rejimi qaydalarına riayət olunması və respublika Fənn Olimpiadasında rayon məktəblilərinin iştirakı barədə ətraflı məlumat verdi.
Müşavirənin sonunda RİH başçısı Ş.Məmmədov tədbir iştirakçılarına koronavirusla mübarizə istiqamətində, vaksinasiya prosesində aktivliyin artırılmasında maarifləndirmə işlərinin genişləndirilməsinin önəmli olduğunu və təhsil sahəsində nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini bildirdi.

Əlihüseyn ŞÜKÜROV.