ABŞ-da koronavirus qurbanlarının sayı 500 mini keçdi

23 Fevral 2021 10:30 (UTC+04:00)

ABŞ-da yeni koronavirusun törətdiyi fəsadlardan ölənlərin sayı 500 mini ötüb.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 28 174 133, virusdan ölənlərin sayı 500 071-ə çatıb.