Yevlaxda ev yanıb, xəsarət alan var

23 Fevral 2021 11:11 (UTC+04:00)

 

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.