Ekvadorda bir neçə həbsxanada qiyam baş verib, 62 məhbus ölüb

24 Fevral 2021 09:35 (UTC+04:00)

Ekvadorda üç həbsxanada qiyam baş verib.

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, baş verən qiyamlar zamanı 62 məhbus öldürülüb.

Bildirilir ki, qiyamların başlamasına səbəb narkotacirlər qruplaşmalarının arasındakı münaqişə olub.

Ölən və xəsarət alan hüquq-mühafizə orqanları əməkdaşları barədə məlumat verilməyib.