Masallıda daha bir müharibə veteranı vəzifəyə təyin olunub

24 Fevral 2021 10:20 (UTC+04:00)

 

Nurlan Şaiq oğlu Muradov  Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Bu barədə Movqe.az-ın poçtuna daxil olan məktubda məlumat verilir.

Nurlan Muradov 1996-cı ildə Masallı rayonunun Köhnə Zuvand kəndində anadan olub. 2003-2011-cı illərdə Köhnə Zuvand kənd  orta məktəbində orta təhsil almış, 2011-2013-cü illərdə təhsilini Yeni Zuvand tam orta məktəbində davam etmişdir. 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2017-ci ildə həqiqi  hərbi xidmətə getmiş,  2018-2020-ci illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsdə xidmətini davam etdirmişdir.
Əmək fəaliyyətinə 2020-ci ildə Masallı rayon Heydər Əliyev Mərkəzində İstilik Sistemləri üzrə Mühəndis kimi başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Cəbrayıl-Qubadlı  istiqamələrində gedən döyüşlərdə sücaətlə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Nurlan Şaiq oğlu Muradov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
 

Əlihüseyn ŞÜKÜROV