Əsas avtomobil yollarının vəziyyəti haqqında - MƏLUMAT

24 Fevral 2021 11:26 (UTC+04:00)

AAYDA-dan Mo9vqe.az-a daxil olan açıqlamada bu barədə bildirilir.

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi Qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

2. Giləzi - Xızı Qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 sm təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

3. Bakı - Qobustan Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

4. Qobustan - Şamaxı - Muğanlı Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 sm qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

5. Muğanlı - Ağsu - Yevlax Qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 sm qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 sm qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Bakı - Ələt - Hacıqabul Qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7. Hacıqabul – Ucar – Yevlax Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9. Muğanlı – İsmayıllı Qar yağır, yolun kənarlarında 10-15 sm qar var. Güclü külək əsir, yolun 0-25 km hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlmişdir. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10. İsmayıllı-Qəbələ - Oğuz- Şəki Marşrut boyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15sm, Oğuz və Şəki rayonları ərazisində 2-3 sm qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal hərəkətin nəmin olunması istiqamətində tədbirlər davam

etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd Marşrut boyu zəif qar yağır, güclü külək var. 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

12. Yevlax – Şəki (Göybulaq) Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13. Gəncə-Daşkəsən - Xoşbulaq Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14. Şəmkir - Gədəbəy Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi Yolun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

16. Masallı – Yardımlı Zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Lənkəran – Lerik Qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz Zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olu