DOST mərkəzləri 300 mininci vətəndaşa xidmət edib

24 Fevral 2021 13:27 (UTC+04:00)

Yasamal rayon sakini Gülnarə Hüseynova 1 saylı Bakı “DOST” Mərkəzinə sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət və təqaüdün təyin olunması xidməti ilə əlaqədar üz tutub və bu, "DOST" mərkəzlərində 300 mininci vətəndaş müraciəti kimi qeydə alınıb.

Movqe.az bildiri ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a -a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov öz çıxışında bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili DOST Agentliyinin əsas fəaliyyət prinsipidir.

O, mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayının artdığını və onların DOST mərkəzlərində göstərilən xidmətlərdən razı qaldığını diqqətə çatdırıb.

F.Məmmədov 300 mininci vətəndaşa agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib.

G.Hüseynova DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin mayından etibarən Bakıda 3 DOST mərkəzi açılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) həmin mərkəzlərin xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.