Qarlı havada yıxılıb xəsarət alanlar var

24 Fevral 2021 19:28 (UTC+04:00)

Bu gün saat 18:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Movqe.az bildirir ki, bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.